Qələmin Ay-yıldız elindəndirsə,
Dilin Mehmet Akif dilindəndirsə,
Söz ətrin,Turanın gülündəndirsə,
Türkün mərdliyindən özün yazacan.
Adın tək ,sözündə duyulur ətir,
Sözünlə, elimə birliyi gətir,
Sənin Türk kültürün Türklüyə yetir,
Türkün şərəfindən,özün yazacan.
Sözün sənətkarı şairdir,hocam,
Dəyərli söz üçün,xəsdəyəm,acam,
Orhun yanımına istərəm uçam,
Yazmısan,sən bunun, gözün yazacan.
Turan ellərinin ərənlərindən,
Onları birlikdə görənlərindən,
Qorqud Dədəmizin dəyərlərindən,
Millətçi şair tək, düzün yazacan.
“Şairəm söyləyir,hər yoldan ötən”.......
Səni,şair kimi yetirib Vətən,
Qələmi silah tək,ey, yaraq edən,
Turan şarkısının sözün yazacan...
Qələmin Ay-yıldiz elindəndirsə,
Dilin Mehmet Akif dilindəndirsə,
Söz ətrin Turanın gülündəndirsə,
Türkün mərdliyindən,özün yazacan...