SƏN ŞEİR SÖYLƏYƏNDƏ (NİHAL MİRDOĞANA)

SƏN ŞEİR SÖYLƏYƏNDƏ (NİHAL MİRDOĞANA)
SƏN ŞEİR SÖYLƏYƏNDƏ (NİHAL MİRDOĞANA)

SƏN  ŞEİR  SÖYLƏYƏNDƏ

(  Canı  ilə,  qanı  ilə  Turan  dünyasına  bağlı  olan

                NİHAL  MİRDOĞANA )

 

Bərq  vuranda  bil  günəş hər  tərəf şəfəq saçır,

Al  bayrağın  yanında  sən  şeir  söyləyəndə.

Qaranlıqlar  yox  olur  gündüzlər  güllər  açır,

Sən  bayraqla  görüşüb,  dil  şeir  söyləyəndə.

 

Axşamları  mərhaba,  deyib  uzun  güləndə,

Qəlbim  rahatlıq  tapır  mən  səni  dinləyəndə.

Ruhum  bədəndən  çıxır  pərvanətək  rəqs  edir,

Ay  ulduza  baş  əyir,  sən  şeir  söyləyəndə.

 

Söz  meydanı  sizindir  məсlis  yaman  qızışır, 

Ağızdan  dürr  tökülür  şeir,  sənət  yarışır.   

Sən  qırmızı  bayrağa  o  da  sənə  yaraşır,

Hər  yana  nur  çilənir,  sən  şeir  söyləyəndə.

 

Bu  qədər  şirin  sözlü,  ürkək,  əsmər  baxışlı,

Bu  qədər  gülər  üzlü,  sözü  dürlü,  naxışlı,

Gözü  iti,  kəsərli,   görkəmi  mərd  duruşlu, 

Görəndə  ağlım  çaşır,  sən  şeir  söyləyəndə.

 

Üzü  qardan,  borandan  dönüb  bir  bahar  olur,

Bir  türk  oğlu , türk  qızı  bil  səni  dinləyəndə.

Göydəki  dan  ulduzu,  daha  da  parlaq  olur,

O  da  səni  dinləyir,  sən  şeir  söyləyəndə.

 

 

Günəş  qüruba  enmir,  durub  səni  dinləyir,

Qəm-kədərdən  ayrılıb  bir  azca  üzüm  gülür.

Xəyalım  uçub  gedir,  sanki  gəzir  dünyanı, 

Çaylar  zümzümə  edir,  sən  şeir  söyləyəndə.

 

Millətə,  türkə  bağlı  görəmmədim  dünyada,

Şeirə  sadiq  insan  rast  gəlmədim  bir  yanda,

Qəlbim  fərəhlə  dolur  dillənir  o  kaman  da,

Deyir  çalginən  məni,  sən  şeir  söyləyəndə,

 

Sən  şeir  söyləyəndə  əlindəki  vərəq  də,

Sanki  qaranquş  olub  göylərdə  pərvaz  edir.

Günəş  gözünü  açıb  dan  yerindən  boylanır,

İnsan  kəndinə  gəlir,  sən  şeir  söyləyəndə.

 

Dalğalan  türk  bayrağı  düşmənlərin  xar  olsun,

Ah,  qocaman  Türkiyəm   daim  bəxtiyar  olsun,

Bu  şeir  də  Şəkərdən  sizə  yadigar  olsun.

Mən  necə  sevinməyim,  sizi  necə  anmayım,

Cümlə  Turan  sevinir,  sən  şeir  söyləyəndə.

             Sən  şeir  söyləyəndə.

30.12.2013

 

ŞİİR DETAYLARI
  • İTHAF : Şeker ŞÜKÜR-AZERBAYCAN
  • YAZIM : 2018-05-25
  • YAYIN : 8 yıl önce