İşıqsız dünyanın qaranlığında
Aradım bir həmdərd,dərd sevdasıyla
Turan aşiqlərnin türk sorağında
Bir millətci buldum yurd sevdasıyla
Itən bir oğulam evə məraklı
Dəmir çarıqlıyam ,əldə çıraqlı
Haqqın dərvişiyəm ,İNSAN soraqlı
Hocam, səni buldum mərd sevdasıyla
Babəkin hünəri,Əmrə MƏNiydim
Yüküm Fərəh dolu itmiş gəmiydim
Dərya ,nehir duman ,... yol bilməyirdim
Hocam, məni buldun qurd sevdasıyla
Qovuşur könüllər şiir dilində
Türkcəmin qalası polad əllərdə
Tuna həzinliyi səsin selində
Hocam, səni buldum sərt sevdasıyla
Yadlar doğmalaşıb qardaşdır burda
Asena ,Boz Qurdlar vüqar ,qürurda
Turan haykırtısı dünyaya ,yurda
Atatürkün qızı vird sevdasıyla
Fırtına ,tufanıq,sözün rüzgarı
Eylərik sərt qışı,yazın baharı
Şiir fırtınası türklük sorağı
Qorxu ,səksəkəyə hərb sevdasıyla
Dünya yaman gündə, nicatı İnsan
Əzəlı ,Əbədi,Sonsuza varan
Ruhudur Ellidə Kamil arayan
Qəlbimizdə Vətən dörd sevdasıyla
09.07.2013