NE YAHŞİ Kİ SEN DE VARSAN

NE YAHŞİ Kİ SEN DE VARSAN
NE YAHŞİ Kİ SEN DE VARSAN

( Karşılığını gözlemeden öz halal zehmetiniz ile  

yorulmadan, usanmadan bu işi yapmanız beni çok

duyğulandırır. Bunu, sevgisi yalnız Turan olan dolu

bir yürek sahibi ede biler. Çetin, lakin güzel olan

                  bu dava yolunuzu alkışlayıram.

        Yeni yılınızı, yeni-yeni arzular dileyi ile    

                             TEBRİK EDERİM.)

 

         NƏ YAXŞI Kİ, SƏN DƏ VARSAN

 

Nə yaxşı ki, Allahımın yaratdığı bir dünya var.

Bu dünyada sən də varsan, mən də varam, dostların var.

Sənələrdir yorulmadan, dayanmadan hey çarpışan,

Turan deyib hayqıraraq, haray salan Gülnihal var.

 

Onun səsi ümmanlardan qopub gələn bir haraydır,

Sözləri də, söhbəti də ürəklərə bir dərmandır.

Şeirlərin fırtınası yarış üçün bir meydandır,

Bu meydanda basılmayan, qalib gələn komandandır.

 

Səhərlərin sərin mehi qıvrım telini darayar,

Dünyanın hər tərəfindən sevənlər onu arayar,

Şəfa verən təbib kimi yaraları hey sarıyar,

Hamı onu sevir deyə, bir insantək bəxtiyardır.

 

Qışın oğlan çağlarında qırov düşər kipriyinə,

Soyuq-bumbuz otağında təbbəssüm qonar üzünə,

Dürlü-dürlü, incə-incə şəkər qatar sözlərinə.

Baxmaz günün nə vaxtıdır- sübh vaxtıdır, axşamıdır.

 

Yazın nəfəsin düyanda salam söyləyər bahara,

Çəmənliyə şeir qoşub, qucaq açar baxçalara,

Çiçəklərdən çələng hörüb, şeir qoyar xonçalara.

Üzü gül kimi açılan, qəlbi gülən bir sübhandır.

 

Yayın orta aylarında mürgü gələr gözlərinə,

Əli ilə onu qovar, diqqət edər sözlərinə,

Gecələri yola salar, salam deyər gündüzünə.

Sözlü - sazlı məclisləri canlı, böyük ehtişamdır.

 

Üzü payıza dönəndə kölgə düşər şüx üzünə, 

Həzin-həzin şeir deyər, vidalaşar sübh üzünə,  

Sanki göydən muncuq-muncuq nur çilənər yer üzünə.

Qaranlığa çıraq tutan, daim yanan sübhi-şamdır.

 

Atatürkün ayıq-sayıq döyüşən bir əsgəridir,

Bütün Turan dünyasının qələm tutan var əlidir,

Türkün şeir dünyasında zəfər çalan-müzəffərdir.

Göy üzünün səmasında qərar tutan bir Hilaldır.

 

Soy-kökünə çox bağlıdır, düz yolundan dönməyəndir,

Qüvvət alıb torpağından qürrələnib öyünəndir.

Hər gün axşam müsafirlər qonaq gələr otağına,

Əzizini görürmüştək uşaq kimi sevinəndir.

 

Şəkər deyər, qaranlığı yarıb gələn Gülnihaldır,

Vətəninin su, çörəyi ana südütək halaldır,

Quracağı ,,Böyük Turan “ onun üçün bir dünyadır.

Bu dünyada külüng çalan, yorulmayan kəhkəşandır.

 

Şeker ŞÜKÜR Azerbaycan

 

05.01.2016

ŞİİR DETAYLARI
  • İTHAF : Şeker Şükür
  • YAZIM : 2024-01-05
  • YAYIN : 2 yıl önce